top of page
Search

UNDP təcrübə programına qoşul!

Birləşmiş Millətlər İnkişaf Programında (a.k.a UNDP) ödənişli təcrübə programına qoşulmaq üçün elə indi müraciət etməyə tələsin. Dünyanın 170 müxtəlif ölkəsində fəaliyyət göstərən UNDP-də intern keçərək siz UNDP ölkələrində , Regional mərkəzlərdə və baş ofisdə ( New-yorkda yerləşir ) çalışa biləsiniz.




Təcrübə programının sizə qazandırdıqları :


- UNDP sizə aylıq ödənişlər edəcək

- UNDP kimi quruluşda professional iş həyatını öyrənə biləcəksiniz

- Gələcəkdə UNDP və UN kimi quruluşlarda işləmə şansı qazana biləcəksiniz

- Təcrübə Programı zamanı sizə ev sahibi ölkə tərəfindən əlavə maddi dəstək də göstərilə bilər


Müraciət Kriteriyalarına baxaq :


- 4 cü kurs tələbələri , magistr tələbələri , ikinci bakalavr oxuyan tələbələr müraciət edə bilərlər

- Universitet məzunları programa ən gec məzuniyyətdən 1 il sonraya qədərki dönəmdə müraciət edə bilərlər

- Müraciətçilər Birləşmiş Millətlərin 3 əsas dilindən birində danışa bilməlidirlər ( İngilis,Fransız,İspan )

- Müraciətçi UNDP Təcrübə programına uyğunluğunu göstərməlidir


Necə Müraciət Etməli :


- Müraciətlər yalnız UNDP-nin rəsmi saytı üzərindən edilməlidir ( link şərhdə )

- Təcrübə Programları saytın İş vakansiyaları bölməsində yerləşdirilir

- Oradan öz marağ dairənizdə olan təcrübə programını seçməlisiniz

- Hər təcrübə programının müxtəlif son müraciət tarixi olduğunu nəzərinizdə saxlamalısınız

- Müxtəlif programlara eyni anda müraciət edə bilərsiniz , bu halda hər program üçün bunu ayrıca etməlisiniz



Son Müraciət Tarixi - Hər təcrübə programına görə dəyişir




157 views0 comments

Recent Posts

See All

EMMIR - ERASMUS Mundus proqramı

Miqrasiya və Mədəniyyətlərarası Münasibətlər üzrə ERASMUS Mundus Magistr proqramı (qısaca EMMIR) miqrasiya araşdırmaları üzrə...

Comments


bottom of page