Qətərdə Tam Təqaüdlə Təhsil Alın - Hamad Bin Khalifa University Təqaüdü
- Edu Front
- Oct 10, 2021
- 1 min read
Updated: Oct 19, 2021
Hamad Bin Khalifa Universitetində təhsil almaq istəyərsiz?
Cavabınızı bilirik - onsuzda heç kəs Stokholmu , Kopenhageni qoyub Dohanın bezdirici istisində oxumaq istəməz. Sadəcə bir məqam var , ərəblərdə nə yoxdursa da pul var və avropadakı təqaüdlərin təklif etdiyi yerlər üçün dünyanın 4 yanından tələbələrin yaratdığı öldürücü rəqabətdən qalib kimi çıxacağınızı düşünmürsünüzsə , buranı yoxlayın deyərdik.
Əlavətən Qətər də daxil ərəb ölkələrinin bir neçəsi son illər texnoloji innovasiyalar və start-upların əsas məskəninə çevrilir və biznes mühitində irəliləməyi düşünənlər üçün çox yaxşı imkanlar yaradır.
Təqaüdün qarşıladıqları : -1373 dollar aylıq təqaüd bakalavr üçün -1373 dollar aylıq təqaüd magistr üçün -2059 dollar aylıq təqaüd PHD üçün -Təyyarə biletləri -Pulsuz Yaşayış yeri ilə təmin olunma
Müraciət etmək üçün İELTS-ə ehtiyacınız yoxdur.
Son müraciət tarixi : 1 fevral 2022 Müraciət üçün link : https://www.hbku.edu.qa/en/admissions
Comments