top of page
Search

Polşada Tam Təqaüdlə Təhsil

Biz sizi sadəcə müştəri olaraq görsəydik şübhəsiz burada Polşanın təhsil sisteminin əsrarəngsizliyindən,gözəgəlimli Tatra dağlarından,Masurian göl bölgəsindəki mənzərədən ya da Polşada təhsil alan xarici tələbələrin kef çəkməsindən ibarət yazı oxuyardınız.Günümüz Azərbaycanında demək olar hər bir gəncin bir polşada təhsil alan ya qohumu ya tanışı vardır.

Bu yazını hazırlayanda niyə bazardakı təhsil şirkətlərinin əksəriyyətinin tələbələri Polşaya yönəldmək üçün dəridən-qabıqdan çıxdığını analiz etməyə çalışdıq.



Əvvəlcə onu bilməlisiniz ki Polşada təhsilə bu qədər tələbatın olmasının səbəbi - heç də oranın keyfiyyətli təhsilə sahib olması ilə əlaqə deyil. Düzdü orada Jagellonia , Warsaw Universitetləri kimi təhsil almağa dəyər yerlər olsa da bunlar ümumi polşa təhsili anlayışına ciddi təsir etmir.


Tələbələrin Polşanı seçmə səbəbləri normaldır :



1) Polşa Universitetlərindən qəbul almaq çox rahatdır

2)Polşadakı Universitetlərin təhsil haqqları Azərbaycanlı gənclərin ciblərinə çox uyğundur


3)Polşadakı Universitetlərin bəziləri bir çox hallarda qəbul üçün İELTS sertifikatı belə tələb etmirlər

4)Polşadakı yaşam şərtləri digər Avropa ölkələrinə görə çox ucuzdur

5)Polşa səfirliyindən təhsil vizası almaq rahatdır

6)Polşa Avropa İttifaqı ölkəsi olduğu üçün oradan digər ittifaq ölkələrinə keçid etmək rahatdır və s


Bəs yaxşı Təhsil Şirkətləri Polşa üçün niyə bu qədər canfəşanlıq göstərir? Gəlin onlara da baxaq :


1)Təhsil Şirkətləri üçün Polşadan qəbul almaq çox rahatdır deyə , onlar heç özlərini əziyyətə salıb başqa ölkələri tələbələrə təklif etmirlər - hətta bir çox hallarda tələbələri digər ölkələrdən bir az qorxudaraq vaz keçirdib Polşa,İtaliya kimi ölkələrə yönəldirlər.

2)Polşa yaxşı qazanc mənbəyidir , təhsil şirkətləri Polşanın aşağı ranklı uiversitetlərinə 2-3 mail ataraq həmin universitetin Azərbaycandakı "rəsmi təmsilçiləri" ola bilirlər. Siz də görmüş olarsınız yəqin belə təmsilçilər yaxud tərəfdaşları , onlar heç bir müraciətdən kəsilmə qorxusu yaşamadan bütün müştəriləri üçün qəbul ala bilirlər. Ancaq həmin universitetlərin əksəriyyətinin ironik desək heç it dəftərində adı olmadığını düşünəndə və o diplomla heçnə edə bilməyəcəyimizi düşünəndə bu seçimi bir də düşünmək lazım olur.

3)Təhsil Şirkətləri üçün Polşa yaxşı reputasiya mənbəyidir - təhsil mövsümünün sonunda X bir təhsil şirkəti çıxıb bu mövsüm 80 qəbul aldıqlarını rahatlıqla bəyan edir - əfsus ki 80 qəbulun 70-ə qədəri çox aşağı ranklı Polşa Universitetlərindən olduğunu həmin təhsil şirkəti xaric kimsə bilmir.



Siyahını çox uzatmaq olar amma əsas məsələdən - Təqaüd imkanlarından uzaqlaşmayaq deyə öz kontentimizə fokuslanmaq niyyətindəyik.


İlk öncə Polşada təhsil almağa dəyər universitetləri qeyd edirik:

Jagiellonian University

University of Warsaw

Adam Mickiewicz University

Warsaw University of Technology və s.



Təqaüd şanslarına gəldikdə isə Polşada müraciət edə biləcəyiniz Visegrad , Maria Curie-Skłodowska,Stefan-Banach by Nawa kimi iri və fundamental təqaüdlər mövcuddur. Bundan əlavə universitetlərin özlərinin də təqaüdlərindən faydalana bilərsiniz. Mələsən Lazarsky universiteti təqaüdünü,Lodz Universitetinin Azərbaycanlı tələbələr üçün 50% endirimindən yararlana bilərsiniz.

Qeyd etdiyimiz təqaüdlərin hər biri haqqında detallı postlarımız olacaq deyə indidən daha ətraflı məlumat verməyə tələsməmək niyyətindəyik.


Polşada müraciət edəcəyiniz ucuz universitetlərə gəldikdə isə onlar üçün də kiçik siyhı hazırlamışıq:

  • Academy of Economics in Wroclaw

  • Gdansk Management College

  • Agricultural University of Cracow

  • European Academy of Arts in Warsaw

  • Gdansk Medical Academy

  • College of Science, Warsaw

  • Polish-Japanese Institute of Information Technology in Warsaw

  • University of Lodz

  • University of Wroclaw

  • School of Banking and Management in Cracow

  • University of Silesia

  • Technical University of Warsaw və s.


Polşada təhsillə bağlı çox məlumatlı və çox təcrübəliyik - hər hansı sualınız olarsa bizdən soruşmaqdan çəkinməyin. Bura qədər oxudunuzsa əziyyətimizə dəyər verdiyiniz üçün Edu Front olaraq sizə təşəkkür edirik.

183 views0 comments

Recent Posts

See All

EMMIR - ERASMUS Mundus proqramı

Miqrasiya və Mədəniyyətlərarası Münasibətlər üzrə ERASMUS Mundus Magistr proqramı (qısaca EMMIR) miqrasiya araşdırmaları üzrə...

Comments


bottom of page