top of page
Search

One Young World sammitində iştirak et!

One Young World Summit sadəcə bir konfrans deyil,bu demək olar dünyanın hər yerindən,hər gəncin seçilmək arzusunda olduğu bir fürsətdir.Dünyada ad çıxarmış biznes adamlarının,siyasətçilərin,dövlət başçılarının və bu kimi high-ranklı şəxslərin sizə mentorluq etdiyi bu program 15-19 may tarixlərində Tokioda həyata keçiriləcək və seçilən iştirakçıların bütün xərcləri OYW tərəfindən qarşılanacaqdır.Kanada Prezidenti Justin Trudeau,İngiltərənin ex Baş Naziri Sir John Major,Kumi Naidoo,Rosario Dawson,Paul Polman,Akon kimi adların sizinlə şəxsən işləyəcəyi bu summitə dünyanın 196 ölkəsindən 2000-dən çox iştirakçı seçiləcək.



Tədbirin qarşıladıqlarına baxsaq:



- Yaşam yeri xərcləri qarşılanacaq

- Bütün qida xərcləri qarşılanacaq

- Local Transport xərcləri qarşılanacaq

- Öz ölkənizdən Tokioya və geri dönüş avia xərcləri qarşılanacaq

- Bütün konfrans materialları xərcləriniz qarşılanacaq

- Bütün hans-out xərcləriniz qarşılanacaq





Seçilmək üçün minimal kriteriyalar:

- 18-30 yaş aralığında olmaq

- Çox güclü liderlik keyfiyyətlərinə sahib olmaq

- Müraciətçi Liderlik bacarıqlarını nümayiş etdirməlidir

- Müraciətçi ümumi hədəf uğrunda komanda işi və əməkdaşlığı bacarmalıdır


One Young World Sammitinə qoşulmaq üçün OYW'yə daxil 12 müxtəlif təqaüd programlarından ən az birinin qalibi olmaq lazımdır - təqaüdü qazanmaq sizə Tokiodakı tədbirə giriş icazəsi verir və sizin qazana biləcəyiniz


Bu təqaüdü qazanmaq üçün əsas şərtlər elə yuxardakılar ilə yaxınlıq təşkil edir,nəticədə eyni program üçün yaradılmış regional seçim təqaüdüdür :


- 18-30 yaş aralığında olmaq

- Daha əvvəldən yerli və ya global problemin həllinə töhvə vermiş olmaq

- Effektiv və İnnovativ ideyalara sahib olmaq

- Yüksək liderlik keyfiyyətlərinə sahib olmaq


Təqaüdə son müraciət tarixi - 1 dekabr 2021


Tədbirə qatılmaq üçün digər təqaüdlərə baxmaq üçün bu keçiddən istifadı edə bilərsiniz.

213 views0 comments

Recent Posts

See All

EMMIR - ERASMUS Mundus proqramı

Miqrasiya və Mədəniyyətlərarası Münasibətlər üzrə ERASMUS Mundus Magistr proqramı (qısaca EMMIR) miqrasiya araşdırmaları üzrə...

Commentaires


bottom of page