top of page
Search

Niderlandda tam təqaüd - Utrecht Excellence Təqaüdü

Dünyanın ən yaxşı 50 universitetindən biri , Niderlandın isə 1 nömrəsi olan Utrecht Universitetində təqaüdlə təhsil almağa tələsin!


Əvvəlcədən bildirməliyik ki , Təqaüd yalnız magistr səviyyəsində təhsil almaq istəyənlər üşün uyğundur.



Utrecht Universiteti və Utrecht Universiteti Məzunlar Şəbəkəsinin maliyyələşdirdiyi bu təqaüd programı ilə avropanın qəlbində oxumaq yalnız çox yaxşı akademik göstəriciləri olan tələbələr üçün uyğundur.


Təqaüdün qarşıladıqları :


- Tam təhsil haqqı

- Bir il müddətinə İmmiqrasiya və Naturalizasiya Xidməti tərəfindən müəyyən edilmiş təhsil üçün yaşayış icazəsi ilə əlaqəli tələb olunan gəlir


Uyğunluq Kriteriyalarına baxaq :


- Bakalavr təhsiliniz zamanı sinifdə top 10%-də olmaq

- IELTS 6.5+

- Müraciətçilər Niderlanddan kredit və grant tələb etməməlidirlər

- Müraciətçilər 1 sentyabr 2022 tarixində başlayacaq programlara müraciət edə bilərlər

Necə müraciət etməli :


- Müraciətlər online şəkildə edilməlidir

- Bütün zəruri personal məlumatlar tam doldurulmalıdır ( Ad , ölkə , ünvan , dini görüş və s. )

- Applicationda boş xana buraxılmamalıdır

- Universitetin tələb etdiyi bütün sənədlər təsdiq edilmiş formada onlara təqdim olunmalıdır ( Gərəkli sənəd siyahısı ilə aşağıdan tanış ola bilərsiniz )


Nələrə diqqət edilir :

- Akademik göstəricilər ən mühümüdür və minimal kriteriyaları ödəyirsinizsə müraciət etməyi düşünün

- Bakalavr təhsilinizə uyğun ixtisasa müraciət edin

- Bütün transkriptlər və referanslarda universitetin möhürü olsun

- Keyfiyyətli və müraciət edilən ixtisasa uyğun motivasiya yazılsa qəbul almağınız asanlaşar

- Applicationu yazarkən dəqiq , ardıcıl və tam olmağına diqqət etməlisiniz


Gərəkli Sənədlər :


- Transkriptlər

- Referanslar

- Motivasiya məktubu

- Statement Declaring Purpose

- Curriculum Vitae (CV)

- Passport


Son Müraciət Tarixi - 31 Yanvar 2022


158 views0 comments

Recent Posts

See All

EMMIR - ERASMUS Mundus proqramı

Miqrasiya və Mədəniyyətlərarası Münasibətlər üzrə ERASMUS Mundus Magistr proqramı (qısaca EMMIR) miqrasiya araşdırmaları üzrə...

Comments


bottom of page