top of page
Search

Master Mind Təqaüdü

Belçika sözün həqiqi mənasında yer kürəsinin ən multikultural yerlərindən biridir, xüsusən də ölkənin üç rəsmi dilinin (Holland, Fransız və Alman) olması bunun ən başlıca sübutudur. Avropanın ürəyi kimi tanınan Belçika zənginləşdirici təhsil təcrübəsi təklif edən beynəlxalq əməkdaşlıq və şəbəkələşmə mərkəzidir.

Belçika universitet və kolleclərində təhsil alan bütün tələbələrin təxminən yarısı beynəlxalq tələbələrdir, və əgər bu ölkədə oxumaq qərarına gəlsəz, tədqiqatlara böyük önəm verən bir ölkədə yüksək standartlı təhsildən faydalanacaqsınız deməkdir.


Belçika universitetləri standartlaşdırılmış Avropa Kredit Transfer Sisteminə uyğun işləyir və bu, digər Avropa ölkələrindən olan tələbələrin yerli universitetlərə daxil olmasını daha da asanlaşdırır. Üstəlik, Belçika universitetlərində çeşidli ixtisaslarda təhsil almaq mümkündür; bunlardan bəziləri tibb, iqtisadiyyat, siyasət, jurnalistika, menecmentdir. Əgər Slovakiyada təhsil almağı düşünürsünüzsə, lakin hələ də qərarınızı verməmisinizsə, Belçika Dövlət Təqaüdü sizin fikrinizi yaxşı mənada dəyişdirəcək.




Master Mind Təqaüdü nədir?


Master Mind təqaüdü Flamand Təhsil Nazirliyi tərəfindən təklif olunan bir təqaüd proqramıdır. Bu təqaüd Flandriya və Brüsseldə magistr proqramları üçün təqaüdlü təhsil imkanı verir. Proqramda iştirak edən universitetlərin siyahısı aşağıdakılardır:


-KU Leuven / Leuven

-Antverpen Universiteti

-Universiteti Gent Universiteti

-Hasselt Universiteti

-Vrije Universiteit Brussel


Uyğun proqramlar:

Hazırlıq proqramları istisna olmaqla, Flamand institutların tərəfindən təklif olunan magistratura və ya distant təhsil proqramları


Təqaüdün qarşıladıqları:

- 8,400 avro təqaüd

- Tam təhsil haqqının


Master Mind Təqaüdü sahibləri yalnız inzibati qeydiyyat haqqı ödəyirlər.

Uyğunluq kriteriyaları:

• Flandriyada magistratura proqramına müraciət etmiş olmaq;

• Yüksək GPA (4,0-dan minimum 3,5);

• İELTS 7; Art ixtisasları üçün 6.5

• Yuxarıdakı universitetlərin birindən qəbul almaq (Universitetin tələbəni qəbul etmək qərarı Master Mind Təqaüd proqramının seçilməsindən sonra verilsə belə, bu meyar tətbiq edilir)


Gərəkli Sənədlər:

-CV

-Passport

-Transkriptlər

-İngilis dili sertifikatı yaxud Universitet tərəfindən verilən əvəzləyici sənəd

-Motivasiya məktubu

-2 Tövsiyə məktubu

-Bakalvr Diplomu

-Fotoşəkil


Qeyd:

• Təqaüdə müraciət edən şəxslər yalnız bir ali təhsil müəssisəsi tərəfindən namizəd ola bilər. Əgər ərizəçi birdən çox universitet tərəfindən seçilibsə, o, ərizəsini təqaüdə təqdim etmək üçün sadəcə bir ali təhsil müəssisəsini seçməlidir.


Son Müraciət Tarixi - 29 Aprel 2022


Daha Ətraflı məlumat üçün link yazısına toxunun.

206 views0 comments

Recent Posts

See All

Comments


bottom of page