top of page

Amerikada tam təqaüdlü mübadilə programı - Global UGRAD təqaüdü

Global UGRAD təqaüdü bütün xərcləri ABŞ-ın Dövlət Departameni tərəfindən qarşılanan 1 semesterlik təhsil müddəti boyunca ABŞ kollec və ya universitetində təhsili və mədəni fəaliyyətləri özündə birləşdirən dünyaca məşhur mübadilə programıdır.


Global Ugrad 4-cü kurslar istisna olmaqla bütün ixtisaslarda təhsil alan bakalavr tələbələrinin müraciəti üçün uyğun olan programdır (dil sertifikatına ehtiyac yoxdur ) və müraciəti şərti olaraq 3 hissəyə ayıra bilərik:




1) Online Müraciət Mərhələsi - bu mərhələdə aşağıdakı sənədləri online şəkildə portala yükləməli və gərəkli sualları cavablandırmalısınız:


- Transkript ( Təhsil aldığınız universitetin dekanlığına gedərək rahatlıqla əldə edə bilərsiniz )

- 2 essay ( Biri Personal Statement - digəri isə Liderlik haqqında olmalıdır)

- 2 recommendation letter ( Hər ikisi academic ola yaxud biri academic biri isə non-academic ola bilər )

- Passport


2) Müsahibə Mərhələsi - bu mərhələ müraciətlərin yekunlaşmasından təxminən 1 ay sonra təxminən fevral ayında baş tutur və 25-30 müraciətçi bu mərhələ üçün çağırılır. Mühasibədə soruşulacaq suallar haqqında əvvəlcədən nəsə demək dəqiq olmaz çünki suallar hər yerdən gələ bilir . Mühasibə verdikdən təxminən 10 - 12 gün sonra qaliblərə maillər göndərilir və mail gəlmiş hər kəsin artıq Amerikaya gedəcəyi 99 % dəqiqləşir


3) TOEFL İmtahanı Mərhələsi - sonuncu mərhələdə seçilmiş şəxsləri xərcləri ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən qarşılanan TOEFL imtahanına göndərirlər.


Son Müraciət Tarixi - 6 Yanvar 2022


Müraciətlə bağlı hər hansı sualınız varsa bunu bizdən soruşa yaxud ümumilikdə müraciəti bizə həvalə edə bilərsiniz.

119 views0 comments

Comments


bottom of page